Logo

Azİİ e-Kitab Evinin oxucularına beynəlxalq məlumat bazalarına növbəti giriş imkanları verilib

23.02.2023 09:59 565 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti və Azİİ e-Kitab Evi oxucularına Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu cərçivəsində beynəlxalq məlumat bazalarına növbəti giriş imkanları verilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.

Azərbaycan Kitabxanalararası Konsorsium çərcivəsində ADNSU-nun professor-müəllim heyəti və Azİİ e-Kitab Evi oxucuları üşün Oksford Universitet Nəşriyyatının (kitab və jurnallar), eləcə də Türkiyənin öndə gedən akademik kitab bazalarından olan Turcademy və Hiperkitap platformalarından 2 aylıq sınaq (trial) istifadə imkanı təqdim olunur.

Məlumat üçün bildirək ki, Oksford Universitet Nəşriyyatının nüfuzlu jurnal və kitablarından tədqiqatçılar yalnız oxumaq üçün yararlana bilərlər.Sınaq müddətində Oksford Universiteti Nəşriyyatı tərəfindən təklif olunan resurslara link vasitəsilə və ya Kitab Evinin səhifəsində Tammətnli məlumat bazaları bölməsindən daxil olmaq mümkündür. Sınaq (trial) istifadə imkanı fevral ayının 16-dan mart ayının 31-dək nəzərdə tutulub.

Turcademy, Türkiyədəki bütün akademik nəşrləri vahid portal altında toplayaraq akademik nəşrləri rəqəmsal formada akademiklərə, tədqiqatçılara və tələbələrə asan şəkildə çatdırır. Akademik məlumat bazasında Türkiyənin öndə gedən 20 nəşriyyatı tərəfindən nəşr olunan 10.000-dən çox Türkcə akademik kitab mövcuddur. Turcademy bazasında ictimai və bəşəri elmlər, təbiət, tibb, mühəndislik, incəsənət, hüquq və mədəniyyət kolleksiyalarında minlərcə Türkcə dərslik və akademik kitab istifadəçilərin ixtiyarına verilir. Sınaq müddəti fevral ayının 15-dən aprel ayının 15-ə dək nəzərdə tutulub.

Hiperkitap 27.000-dən çox Türkcə məzmuna sahib Türkiyənin ilk rəqəmsal məlumat bazasıdır.Hiperkitap bazasına ümumilikdə 400-dən çox nəşriyyat daxildir. Hiperkitap,ədəbiyyatdan incəsənətə, riyaziyyatdan informasiya texnologiyalarına qədər 29 kateqoriya üzrə minlərlə kitabın universitetdən kənar istifadəsinə imkanı verən yerli elektron kitab platformasıdır.

 Elektron məlumat bazalarından verilən linklər vasitəsilə istifadə etmək mümkündür. (Korporativ emaillər-universitet emailləri əsasdır).Suallarınız olarsa Azİİ e-Kitab Evinə müraciət edə bilərsiniz.

https://academic.oup.com/journals/pages/early-career-researchers?login=false

https://www.turcademy.com/tr/uye-girisi?git=%2Ftr%2Fara%3Fk%3D464

https://www.hiperkitap.com/

Xəbər lenti